Putin başa düşməlidir: 3 prinsiplə Ukraynada sülh…

Putin başa düşməlidir: 3 prinsiplə Ukraynada sülh…

Rusiya və Ukrayna arasında münaqişənin sonu Rusiya Prezidenti Vladimir Putindən və onun nə qərar verəcəyindən çox asılıdır, o, dialoqa səmimi hazırlığını nümayiş etdirməlidir.

AzerTimes xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Entoni Blinken Səudiyyə Ərəbistanında keçirilən Dünya İqtisadi Forumunda deyib.

Onun fikrincə, Putin Rusiyanın Ukraynadan və Ukraynanı dəstəkləyən ölkələrdən daha uzun müddət dayana biləcəyini gözləyir, lakin Qərb dəstəyi ilə açıq siqnal vermək niyyətindədir: Ukrayna nəinki sağ qalacaq, həm də uğur qazanacaq:

“Ümid edirəm ki, cənab Putin bunu başa düşəcək və beynəlxalq ictimaiyyətin və BMT Nizamnaməsinin əsasını təşkil edən əsas prinsiplərə – suverenlik, ərazi bütövlüyü və müstəqilliyə uyğun olaraq səmimi şəkildə danışıqlara hazır olduğunu bildirəcək”.

Teqlər: