Rusiya noyabrda Bakıda keçiriləcək COP29 tədbirində baş nazir səviyyəsində təmsil olunacaq.
AzerTimes xəbər verir ki, bu barədə BBC öz mənbələrinə istinadla məlumat yayıb.
Qeyd edək ki, Bakıda 11-22 noyabrda keçiriləcək COP29-da dünyanın onlarla ölkəsinin liderləri iştirak edəcəklərini təsdiqləyiblər.
Bir neçə gün öncə Kremlin mətbuat katibi Vladimir Putinin Bakıda keçiriləcək BMT-nin iqlim konfransında (COP29) iştirakı ilə bağlı qərar hələ qəbul edilmədiyini bildirmişdi.