Rusiya Prezidenti Vladimir Putin Bakıya səfəri zamanı Teleqramın təsisçisi Pavel Durovla görüşməyib.
AzerTimes xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Vladimir Putinlə Pavel Durovun Bakıda görüşmələri ilə bağlı mətbuatda gedən məlumatlara aydınlıq gətirərkən deyib.
Qeyd edək ki, bir müddət öncə Rusiya Prezidenti Vladimir Putinin Teleqramın yaradıcısı Pavel Durovla Azərbaycanda görüşməkdən imtina etməsi ilə bağlı mətbuatda məlumatlar dərc olunmuşdu.