Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu ilə
görüşü zamanı Rusiya ordusunun Ukraynanın Mariupol şəhərindəki “Azovstal” sənaye zonasına hücumunu dayandırmağı əmr edib.
Trend bu barədə TASS agentliyinə istinadən məlumat verib.
Qeyd olunur ki, V.Putin sənaye zonasına hücumun davam etməsinin
məqsədəuyğun olmadığını bildirib.
Xatırladaq ki, Rusiya ordusu fevralın 24-dən etibarən Ukrayna
ərazisində hərbi əməliyyatlara başlayıb.
(Tərcümə: Orxan Nəbiyev)