Azərbaycan və Rusiya öz münasibətlərini gündən-günə daha çox şaxələndirir.
AzerTimes xəbər verir ki, bu fikri iyunun 5-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşdə Azərtac-ın İdarə Heyətinin sədri Vüqar Əliyevin sualını cavablandırarkən bildirib.
Ölkələrimiz arasında ticarət dövriyyəsinin 4,6 milyard dollar olduğunu vurğulayan Rusiya dövlətinin başçısı deyib:
“İnkişaf tempi çox yaxşıdır. Münasibətlərimizi getdikcə daha çox şaxələndiririk. Əminəm ki, hər iki tərəfdən belə əhvali-ruhiyyə saxlanılsa, – Rusiyada biz bu əhvali-ruhiyyədəyik, – nəticələr yaxşı olacaq”.