Rusiyanın Avropaya qaz satışından əldə etdiyi gəlir üç dəfə azalıb. Neftin qiymət limitinə görə isə hər gün 160 milyon avro mənfəət itirir.
AzerTimes xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen deyib.
“Putin düşünürdü ki, neft və qazından asılı olduğumuz üçün Avropaya təsir etməsi asan olacaq. Amma burada yanıldı. Bu gün, müharibənin başlamasından bir il sonra o, artıq başladığı enerji müharibəsini uduzdu. Biz etibarlı tərəfdaşlar sayəsində mövqeyimizi dəyişdik və nəticələr göz qabağındadır”, – Leyen bildirib.