Kreml lideri Vladimir Putin hələ 2023-cü ildə Federal Təhlükəsizlik Xidmətinin tövsiyəsi ilə ictimai tədbirlərdə zirehli gödəkçə geyinməyə başlayıb.
AzerTimes xəbər verir ki, bu barədə “Moskva vaxtı” (The Moscow Times) məlumat yayıb.
Adı açıqlanmayan Rusiya rəsmisi nəşrə bildirib ki, bu il mayın 9-da Putin tədbirdə güllə keçirməyən jilet geyinib.