Rusiya Prezidenti Vladimir Putin gələn həftə Türkiyənin Akkuyu atom elektrik stansiyasına yanacaq yükləmə mərasimində videobağlantı vasitəsilə iştirak edəcək.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Aprelin 27-də Akkuyu AES-də nüvə yanacağının tədarükü mərasimi olacaq və bununla da AES nüvə statusu alacaq. Hörmətli cənab Putin mərasimə videokonfrans vasitəsilə qoşulacaq”, – Ərdoğan bildirib.