Putin Aİİ ölkələrinə çağırış etdi

Putin Aİİ ölkələrinə çağırış etdi

Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin başçılarını 2025-ci ilə qədər strateji inkişaf istiqamətlərinin icrasını qiymətləndirməyə və 2023-cü ildə yeni sənədlərin hazırlanmasına başlamağa dəvət edirəm.

AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Biz siyasi, iqtisadi, sənaye, maliyyə və texnoloji sahələrdə inteqrasiyanın daha da dərinləşməsi üçün əlimizdən gələni edəcəyik. Bu baxımdan biz hazırkı “2025-ci ilə qədər Avrasiya İqtisadi İnteqrasiyasının İnkişafına dair Strateji İstiqamətlər”in icrasının gedişatının birgə qiymətləndirilməsini və artıq bu ildən etibarən yeni uzunmüddətli planlaşdırma sənədlərinin hazırlanmasına başlanılmasını məqsədəuyğun hesab edirik”, – Putin bildirib.

Teqlər: