Putin Aİİ iclasına İrəvana gələcək, ya qorxacaq?

Putin Aİİ iclasına İrəvana gələcək, ya qorxacaq?

Xəbər verdiyimiz kimi, yanvarın 1-dən Avrasiya İqtisadi İttifaqına (Aİİ) sədrlik Ermənistana keçib. Sədr olduğu üçün də Ermənistan qurumun iclaslarına ev sahibliyi edəcək. Aİİ-nin digər üzvləri kimi Rusiya da Ermənistanda keçiriləcək tədbirlərə qatılmalıdır.

AzerTimes xəbər verir ki, artıq Ermənistanda Rusiya Prezidenti Vladimir Putinin İrəvana mümkün səfəri ilə bağlı müzakirələr qızışmağa başlayıb. Çünki Ermənistan Roma Statutunu ratifikasiya edib və Putin bu ölkəyə səfər etsə, həbs oluna bilər.

Məsələ ilə bağlı Ermənustan parlamentinin Regional və Avrasiyaya İnteqrasiya Komitəsinin iclası keçirilib.

Müzakirələr zamanı “Hayastan” fraksiyasının deputatı Aqnes Hamoyan komissiyanın sədr müavini Vaqarşak Akopyana Rusiya Prezidenti Vladimir Putinin Ermənistana mümkün səfəri ilə bağlı şərh istəyib.

“Nəhayət, Aİİ ölkələrinin başçılarının görüşü bu il Ermənistanda baş tutacaq, ya yox? Vladimir Putin Ermənistana gələcək, yoxsa gəlməyə cəsarət etməyəcək, çünki Ermənistan Roma Əsasnaməsini ratifikasiya edib”, – Hamoyan bildirib.

Akopyan isə ona cavabında rəsmi mənbələrin bir neçə dəfə bununla bağlı müraciət etdiklərini deyib:

“Sizi əmin edirəm ki, İrəvan bütün öhdəliklərini yerinə yetirəcək. Bu öhdəliklər nəticəsində Ermənistana səfər olacaq, yoxsa başqa ölkədə olacaq, o da başqa sualdır. Hamının Ermənistana və ya başqa bir ölkəyə getməsi ilə bağlı konsensus əldə olunanda bu, baş tutacaq. Məsələlər bütün tərəfdaşlarla müzakirə olunur”.

Teqlər: