ABŞ-ı Çinin artan gücü qorxudur, insan haqları və milli azlıqların hüquqlarının pozulması deyil.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
“ABŞ-ın Çinə qarşı siyasətinin mərkəzində geosiyasi xarakterli qorxular, Çinin artan qüdrəti dayanır. Məhz bunlar qorxudur, hər hansı insan haqlarının, yaxud milli azlıqların hüquqlarının pozulması deyil. Məgər bu, həqiqətən də kimisə narahat edirmi? Xeyr, sadəcə Çinlə mübarizə alətidir”, – deyə Kreml rəhbəri bildirib.