Rusiya Prezidenti Putin Avropa ölkələrini çox ciddi hədələyir. “İsgəndər” raketləri Berlinə çata bilər. Ona görə də Qərb müttəfiqləri Ukraynaya yardımı artırmalıdır.
AzerTimes xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.
“Putin Polşa, Latviya və Finlandiyanı hədələyib. O, istənilən ölkəni təhdid edəndə bunu tamamilə ciddi şəkildə edir. Qərb dövlətləri bunu çox vaxt düzgün dərk etmir. İndi rus tankları Belarusdadır, Rusiya nüvə silahını da ora köçürüb. Kalininqrad yaxınlığında nüvə silahları var, “İsgəndər” raketləri Berlinə çata bilər. Polşada rus tanklarının paytaxtımızdan 250 km aralıda fiziki mövcudluğu ilə təhlükə hiss edirik. Almaniyada bu mövzunun müzakirə edilməməsinə həmişə təəccüblənirəm. Avropa tez hərəkət etməlidir, çünki Ukrayna təzyiq altındadır. Qüvvələrimizi səfərbər etməliyik. Amerikalılar kömək etməkdən imtina edərlərsə, ciddi dilemma ilə üzləşəcəyik: ya Amerikanı əvəz edin, yəni səylərinizi ikiqat artırın, ya da Putinin Ukraynanı fəth etməsinə icazə verin”, – o bildirib.