SSRİ xalq artisti, məşhur müğənni Alla Puqaçova Rusiyanı tərk etdiyini təsdiqləyib.
AzerTimes xəbər verir ki, o, hazırda İsraildə olduğunu sosial şəbəkə hesabında bildirib.
“Çoxmilyonluq pərəstişkarlar orduma sevgi və dəstəyə, həqiqəti yalandan ayırmaq bacarığına görə minnətdaram. Müqəddəs torpaqda sizin üçün dua edirəm. Mən xoşbəxtəm”, – o yazıb.
Qeyd edək ki, “İzvestiya” qəzeti öz mənbəsinə istinadla Alla Puqaçovanın “geriyə bilet almadan” Vnukova hava limanından İsrailə uçduğunu yazmışdı. Həmçinin bildirilmişdi ki, Puqaçova artıq İsraildən vətəndaşlıq alıb.