Məşhur müğənni Alla Puqaçova və həyat yoldaşı Maksim Qalkinin Təl-Əvivin hava limanından çəkilmiş fotosu yayılıb.
AzerTimes xəbər verir ki, Teleqram kanallarında paylaşılan fotoda cütlüyün harasa getdiyi görünür.
Ehtimal edilir ki, Alla Puqaçova və Maksim Qalkin Fələstin-İsrail müharibəsinə görə İsraili tərk etmək qərarına gəliblər. Onların hara gedə biləcəyi haqda bilgi yoxdur.
Qeyd edək ki, Alla Puqaçova Rusiya-Ukrayna savaşı başlayandan sonra İsrailə köçmüşdü.