Puqaçova Rusiyaya qayıtmaq niyyətində deyil

Puqaçova Rusiyaya qayıtmaq niyyətində deyil

2022-ci ilin yazında Rusiyanı tərk edən SSRİ xalq artisti Alla Puqaçova yaxın gələcəkdə Rusiyaya qayıtmaq niyyətində deyil.

AzerTimes xəbər verir ki, bu barədə TASS müğənninin yaxın ətrafına istinadən məlumat yayıb.

Onun ABŞ-a köçməsini də mənbə təkzib edib.

Qeyd edək ki, Alla Puqaçova 2023-cü ildə modelyer Valentin Yudaşkinin dəfn mərasimi zamanı qısa müddətə Rusiyaya gəlib. Bu ilin oktyabr ayının əvvəlində onun son vaxtlar yaşadığı İsraili tərk edərək Kiprdə məskunlaşdığı məlum olub.

Teqlər: