Alla Puqaçovadan bir dənə də olsun antirusiya bəyanatı eşitməmişəm, onun əri Maksim Qalkin isə pis bəyanatlar verib.
AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Mən Puqaçovadan bir dənə də olsun (antirusiya) bəyanat eşitməmişəm, onun əri Qalkin isə çox pis açıqlamalar verib, biz açıq şəkildə eyni yolda deyilik”, – Peskov bildirib.
O əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putinlə Puqaçova arasında normal münasibətlər var:
“Onlar bir-birini tanıyır və bir neçə dəfə görüşüblər”.