Pulumuzu oğulayıb, Ukrayna üçün silah alırlar – Kreml

Pulumuzu oğulayıb, Ukrayna üçün silah alırlar – Kreml

Rusiya aktivlərinin oğurlanmasına görə cavab verəcəklər.

AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bu pul təkcə oğurlanmır, həm də silahların alınmasına xərclənir. Yəqin ki, bundan pis bir şey tapmaq çətindir. Bu, birbaşa beynəlxalq və mülkiyyət hüquqlarının pozulmasıdır. Sözsüz ki, buna qərar verən şəxslərin hüquqi məsuliyyətə cəlb edilməsi üçün mümkün olan bütün tədbirləri görəcəyik”, -deyə Kreml nümayəndəsi bildirib.

Teqlər: