Kitab satışı ilə məşğul olub, milyonçu olmaq olmaz. Amma digər mənada öz adıma deyim ki, normal qazanıram. Məsələn, səyahət edə bilirəm, övladlarım özəl məktəbdə oxuyur. Amma tutaq ki, hazırda maşınım yoxdur.
Bu sözləri “Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli AzerTimes-a geniş müsahibəsində deyib.
“Yəni istəsəm, alaram, amma onun yerinə səyahət etməyi, sağlam həyatı seçirəm və pafoslu həyat istəmirəm. Xarakterimdə sahib olduqlarımı göstərmək yoxdur, bir çox qadınlar kimi qır-qızıla üstünlük vermirəm. Qazandığımı daha səmərəli bölərək xərcləyirəm”, – o bildirib.