PUA konteynerləri Rusiyaya necə gətirilib? – Kotov

PUA konteynerləri Rusiyaya necə gətirilib? – Kotov

Ola bilsin ki, İrkutsk vilayətində döyüş dronlarının buraxıldığı konteynerlər ölkəyə xaricdən gətirilib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya mətbuatına müsahibəsində Sürücülərin Həmkarlar İttifaqının sədri Aleksandr Kotov deyib.

“Sərhəddə bütün yük maşınları yoxlanılmalıdır, hətta rentgenlə skan edilməlidir. Çox güman ki, Rusiyaya yalnız konteynerlər daxil olub. Onlar ya dəmir yolu ilə, ya da avtomobil nəqliyyatı ilə gətirilə bilərdi”, – ekspert bildirib.

Onun sözlərinə görə, qatarla gələn yüklərin hamısını tam şəkildə skan etmək çətindir:

“Yalnız bir neçə konteyner yoxlanıla bilər, amma 100 faiz yoxlama aparmaq mümkün deyil”.

Teqlər: