PUA hücumu: “Lukoil”un zavodu fəaliyyətini dayandırdı

PUA hücumu: “Lukoil”un zavodu fəaliyyətini dayandırdı

Rusiyanın Nijni Novqorod vilayətindəki “Lukoil” neft emalı zavodu PUA hücumlarından sonra fəaliyyətini dayandırıb.

AzerTimes xəbər verir ki, məlumatı “Kommersant” yayıb.

Bildirilib ki, martın 12-də PUA-ların hücumu nəticəsində “Lukoyl” ən böyük neftayırma zavodunun ilkin neft emalı blokunda yanğın olub.

“Lukoyl” hadisəyə şərh verməkdən imtina edib.

Qeyd edək ki, ötən gecə Nijni Novqoroddan başqa, Oryol, Kursk, Voronej, Tula və Belqorod vilayətləri də PUA hücumuna məruz qalıb.

Teqlər: