Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik
Zakir Həsənovun təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına
uyğun olaraq pilotsuz uçuş aparatları (PUA) ilə təlim-məşq uçuşları
icra edilib.
Müdafiə Nazirliyindən AzerTimes-abildirilib ki, hərbi qulluqçuların
əvvəlcə nəzəri və praktiki bilikləri, eləcə də simulyasiya
trenajorlarında pilotsuz uçuş aparatlarının (PUA) idarə edilməsi
üzrə bacarıqları yoxlanılıb.
Təlimlər çərçivəsində pilotsuz uçuş aparatlarının (PUA)
heyətləri müxtəlif hündürlüklərdə ərazi kəşfi apararaq şərti
düşmənin yerüstü hədəflərinin koordinatlarının təyin edilməsi və
əldə edilən məlumatların idarəetmə məntəqələrinə ötürülməsi üzrə
tapşırıqları yerinə yetiriblər.
Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla
keçirilən təlimlərin əsas məqsədi heyətlərin praktiki vərdişlərinin
təkmilləşdirilməsidir.