Fransanın “Pari Sen-Jermen” klubu argentinalı hücumçu Lionel Messi ilə danışıqları bitirib.
AzerTimes-ın məlumatına görə, bu barədə öz “Twitter” səhifəsində klub sahibinin qardaşı Həlifə ben Həmad Əl-Tani bildirib.
Məlumatda qeyd olunub: “Danışıqlar rəsmən başa çatıb. Elan daha sonra veriləcək”. Həmin yazıya futbolçunun “PSJ” formasında şəkli əlavə edilib.
Qeyd edək ki, avqustun 5-də “Barselona” klubu L.Messinin getməsi barədə rəsmi açıqlama verib.