Fransanın PSJ futbol klubunun italiyalı qapıçısı Canluici Donnarumma koronavirusa yoluxub.
AzerTimes-ın məlumatına görə, bu barədə klubun mətbuat xidmətindən bildiriblər.
Məlumata əsasən, qolkiper hazırda özünü təcrid edib.
Qeyd edək ki, 22 yaşlı italiyalı qapıçı PSJ-nin heyətində 11 oyun keçirib. O Fransa klubuna yayda İtaliyanın “Milan” klubundan transfer olub.