Psixoloqun işinə xitam verildi

Psixoloqun işinə xitam verildi

Tanınmış psixoloq Dəyanət Rzayevin ölümü ilə bağlı başlanmış cinayət işinə xitam verilib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bu barədə məlumat verib.

“Dəyanət Rzayevin intihar etməsi faktı ilə Yasaml Rayon Prokurorluğunda başlanmış cinayət işi üzrə icraata xitam verilib”.

1971-ci il təvəllüdlü Dəyanət Rzayevin cəsədi yanvarın 25-də axşam saatlarında Bakının Yasamal rayonunda (Murtuza Muxtarov 185 ünvanında) yerləşən evində aşkarlanmışdı.

Anası Ş.Rzayeva oğlunun telefon zənglərinə cavab vermədiyindən narahat olaraq onun evinə gedib. Özündə olan açarla evə daxil olub və oğlunu boynunda kəmərlə boğulmuş şəkildə aşkarlayıb. İlkin ehtimallara görə, D.Rzayevin intihar etdiyi bildirilir. D.Rzayev ölümündən əvvəl yazdığı məktubda hadisədə heç kimin günahı olmadığını, bunun “özünün şəxsi qərarı olduğunu” qeyd edib.

Ölümün səbəblərinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-tibbi, məhkəmə-psixoloji ekspertizaları təyin edilmiş, həmçinin, çoxsaylı şahidlərin ifadələri alınmış, Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddə ilə cinayət işi başlanmışdı.