Psixoloq Elvinin son videosunu təhlil etdi

Psixoloq Elvinin son videosunu təhlil etdi

Videoya baxarkən, qazidə psixoloji pozuntu, gərginlik, özünüidarəni itirmə və ya affekt kimi bir vəziyyət görünmür. Onun bezdirildiyi, mənəvi cəhətdən pis vəziyyətə gətirib çatdırılma halı var. Amma qazi Elvin Cəfərovda psixoloji pozuntudan söhbət gedə bilməz.

Bu sözləri AzerTimes-a psixoloq Ülviyyə Murtuzova qazi Elvin Cəfərovun 10 iyulda intiharından öncəki video-müraciəti haqda danışarkən deyib.

Ü.Murtuzova bildirib ki, müharibədə iştirak edən insanlarda postravmatik stress pozuntusu meydana gəlir:

“Bu pozuntunun fəsadları insana əsəb, yuxusuzluq, iştahasızlıq, görmə kontaklarında problem kimi simptomlarla yansıyır. Amma bu vəziyyətdə insan intihar etmir. Videodan məlum olur ki, intihar psixoloji pozuntuya görə yox, məhz yaşanan hadisəyə görə olub. Bu məqamı özü də vurğulayır. Nə baş verdiyini bilməsək də, baş verənlərin onun qüruruna çox toxunduğu açıq-aydındır. Yaşadığı hadisəni qəbul edə bilməyib və intihar yolunu seçib”.

Qeyd edək ki, Sabirabad rayonunun icra başçısı Siraqəddin Cabbarov Elvin Cəfərovda psixoloji pozğunluq olduğunu bildirmişdi.

Teqlər: