Psixoloji yardımlar öz effektini göstərib, yaxşı nəticələr əldə olunub – Türkiyəli psixoloq

Xəbər - Çingiz Səfərli – Trend:

Gündəlik 80-100 nəfərə psixoloji yardım göstərilib.

Trend xəbər verir ki, bunu Türkiyədən dəvət olunan psixoloq və psixoterapevt qrupunun rəhbəri Səlcuq Dəmirbaş deyib.

Onun sözlərinə görə, ilk vaxtlar vəziyyət çox ağır idi: “Şiddətli baş ağrıları, yuxusuzluq, stres və gələcəyə ümidsizlik müşahidə edilirdi. Müalicələr öz effektini göstərib. Yaxşı nəticələr əldə olunub. Hazırda müraciətlərin sayı xeyli azdır. Şəhid ailələrindən müraciətlər gözlədiyimizdən az olub. Dövlət yardım göstərməyimiz üçün hər cür şərait yaradıb”.

Qeyd edək ki, Vətən Müharibəsi nəticəsində psixoloji problemlər yaşayan vətəndaşlara yardım məqsədilə Türkiyədən psixoloqlar dəvət edilmişdi.

Teqlər: