Xəbər - Samir Əli – Trend:
Martın 15-dən iyulun 8-nə qədər psixoloji mərkəzlər tərəfindən 1196 psixoloji xidmət göstərilib.
AzerTimes-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Tibbi xidmətlər Departamentinin Psixososial Dəstək Fəaliyyətləri uzmanı Nərmin Osmanlı deyib.
O bildirib ki, bunlardan 354-ü şəhid ailəsi, 486-sı hərbçilər, 156-sı terror qurbanlarıdır.