Psixologiyanın aktual problemlərinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Qərbi Kaspi Universitetində 19-20 iyun 2021-ci il tarixlərində “Psixologiyanın aktual problemləri: yeni perspektivlər, yeni mülahizələr və yeni düşüncələr” adlı beynəlxalq konfrans keçiriləcək.

Konfransda psixologiyanın aktual elmi istiqamətlərindən olan irsi xəstəliklərdə psixoloji simptomlar, yeni psixofizioloji eksperimental nəticələr, müasir neyropsixoloji problemlər, psixologiya sahəsində alınan nəticələr və elmi nəaliyyətlər, psixologiya elminin hüquqi cəhətdən təmin olunması, psixologiya elminin bəşəriyyətə təsiri və cəmiyyətin inkişafında rolu, psixologiya və digər elm sahələrinin qarşılıqlı əlaqələri və s. mövzuların alimlər tərəfindən müzakirə edilməsi gözlərnilir. Beynəlxalq Konfransın (onlayn) əsas məqsədi elmi nailliyyətlərin mübadiləsi, gələcək elmi tədqiqatların təkmilləşdiriliməsi üçün yeni elmi əlaqələrin yaradılmasıdır. Gənc tədqiqatçıların elmi biliklərinin təkmilləşdirilməsi və təcrübə toplaması üçün imkan yaradılacaq.

Konfransda aşağıda qeyd olunan mövzularda aparılan tədqiqatlara aid mühazirələrin dinlənilməsi planlaşdırılır:

– Ümumi psixologiyanın müasir vəziyyəti;
– Patopsixologiya və klinik psixologiya: irsi və MSS-nin xəstəliklərinin aktual problemləri;
– Nevroz, autizm, depressiya və nevrodegenerativ xəstəliklərin yaranma mexanizmlərinə yeni baxışlar;
– Defaktologiya: oliqofreniya, loqopediya, surdopedaqogika, tiflopedaqogika, ambliologiya və s.
– Stress, emosional gərginlik və həyəcanın koqnitiv proseslərlə qarşılıqlı əlaqələrinin tədqiqi və alınmış nəticələrin tətbiqi;
– Psixodioqnostika və neyrofarmokologiya;
– Təlimin neyrofiziologiyası və neyropsixoloji problemlərin müasir həlli yolları;
– Psixofiziologiyada yeni eksperimental üsullar və nəticələr;
– Hüquq psixologiyası;
– Din və etno psixologiya: dövrün tələbləri və multikulturalizm;
– Yaş psixologiyası: Uşaq və yeniyetmələr psixologiyası; Gerontopsixologiya;
– Ailə və məişət psixologiyası;
– Yaradıcılıq psixologiyası;
– Pedaqoji psixologiya;
– Ekstremal şəraitlərdə sosial psixoloji yardım və profilaktika üsulları;
– Psixologiya elminin digər elm sahələri ilə ( sosiologiya, psixatriya, nevrologiya və s.) ilə qarşılıqlı əlaqələri.

Konfransda iştirak etmək istəyənlər aşağıda tələb olunan qaydada yazılmış məqaləni

[email protected] ünvanına göndərməlidir.

Konfrans üçün qəbul olunan məqalələrə tələblər:

1. Konfransın dili: Azərbaycan, rus, ingilis

2. İştirak forması: məruzə, qiyabi iştirak (yalnız tezis çapı ilə)

3. Məqalənin yazılış tələbatı: A4 formatlı kağızda (hər tərəfdən 2,0 sm) Times New Roman şrifti, 14 ölçü (keql), 1,0 interval, 1-6 vərəq həcmində.

4. Məqalənin adı: böyük hərflərlə ortada yazılmalı.

5. Müəllifin adı, atasının adı və soyadı, elmi dərəcəsi (varsa), işlədiyi və ya oxuduğu yer göstərilməli, əlaqə telefonu, emaili qeyd olunmalıdır.


6. Məqalənin mətni: giriş hissə, metodika, alınmış nəticələr və müzakirə, açar sözlər (5-8 –dən artıq olmamaq şərtilə), qrafik təsvirlər, cədvəllər Mikrosoft Word proqramında işlənməli və mətnin arasında verilməli, ədəbiyyat siyahısı 5-8 istinad olmaqla, original dildə (əvvəl Azərbaycan dili, sonra rus və ingilis dillərində, ən sonda isə internet səhifələri yazılmaq şərtilə) verilməlidir.

7. Xülasələr məqalənin dilindən əlavə 2 dildə tərtib olunmalı, məqalənin adı, açar sözləri daxil olmaqla 200 simvoldan artıq olmamalıdır.

8. Məqalələr və müəllif haqqında məlumat anketi (anketə daxil olmalıdır: müəllifin soyadı, atasının adı, emaili, iş ünvanı, telefon nömrəsi, konfransda iştirak forması (qiyabi və ya məruzə ilə) və s xüsusi qeydlər) bu emaildə ([email protected]) qəbul olunur.

9. Məruzə etmək istəyənlər əlavə olaraq, öz məruzəsinin slaydını konfransdan ən azı iki həftə əvvəl təqdim etməli, məruzə -6-10 dəqiqə müddətində nəzərdə tutulmalıdır. Göndəriləcək məqalənin faylının adı olmalıdır: iştirakçının soyadı və adı, məqalənin dili, konfransın hansı bölməsinə təqdim edilməsi (Nümunə: aliyev_adil_eng_7)

10. Konfrans üçün heç bir ödəniş tələb olunmur, konfransın sonunda məqalələr toplusu və sertifikat hədiyyə ediləcək.

11. Məqalələr və ya konfrans barədə məlumat almaq üçün [email protected]; [email protected] ünvanlara və +994124927418 nömrəsinə zəng edə bilərsiniz.

12. Məqalələrin son qəbul tarixi: 18 iyun 2021-ci il, saat 18.00.

Teqlər: