Prostat vəzin xərçənginin diaqnozunda Multiparametrik Prostat MRT xüsusi rolu var (MÜSAHİBƏ) (FOTO)

Prostat vəzin xərçəngi – prostat vəzinin hüceyrələrindən inkişaf
edən bədxassəli bir şişdir. Prostat vəzin bədxassəli şişləri
kişilərdə ən çox rast qələn bədxassəli şişlərdəndir və digər
xərçəng növləri kimi metastazlar əmələ gətirə bilər. Son dövrlərdə
bu şiş daha çox artmaqdadır. 35 yaşdan sonra 10 min nəfər kişidən
1-də prostat vəzi xərçəngi baş verə bilər. Yaşla xəstələnmə riski
yüz dəfələrlə artır. Bu səbəbdən 50 yaşdan yuxarı kişilərin
sağlamlığına xüsusi diqqət yetirmələri və vaxtında müayinələrdən
keçməyi vacibdir. Belə ki, vaxtında aşkarlanan bu xəstəliyi müalicə
və cərrahi müdaxilə ilə tam olaraq sağaltmaq mümkündür. Mərkəzi
Gömrük Hospitalının Radiologiya şöbəsinin rəisi, uzman radioloq
Eldəniz Hüseynov bu xəstəliyin müayinəsində istifadə olunan müayinə
üsulları və maarifləndirmə işlərinin əhəmiyyəti barədə suallarımızı
cavablandırıb.

Eldəniz həkim, müasir tibbdə Prostat xərçənginin
diaqnostikasında hansı üsullardan istifadə edilir?

-İlk öncə Prostat xərçənginin diaqnostikasında istifadə olunan
üsullar, tibb elminin inkişafı ilə bağlı yaranmış yeni metodlar
barədə məlumat vermək istəyirəm. Qeyd edim ki, Prostat xərçənginin
diaqnostikasında PSA analizi, rektal toxunma və transrektal
ultrasəs ilə biopsiya kimi üsullardan istifadə edilir. Belə ki, bu
üsullarla prostat xərçənginin erkən mərhələdə aşkar edilməməsi
ehtimalı yüksəkdir. Nəzərə alsaq ki, Prostat vəzi xərçəngi
kişilərdə ən çox rast gəlinən xərçəng növü olub, ağciyər
xərçəngindən sonra ikinci sırada ən çox ölüm səbəbidir. Kişiərin
bütün həyatı boyu prostat xərçəngi ilə xəstələnmə ehtimalı
15-20%-dir. Bu xərçəng növünün erkən yaşda diaqnostikası və
müalicəsi urologiya sahəsində ən vacib məsələlərdən biridir.

PSA analizi, rektal toxunma və transrektal ultrasəs ilə
biopsiya

Prostat xərçənginin diaqnostikasında istifadə edilən PSA
analizi, rektal toxunma və transrektal ultrasəs ilə biopsiya kimi
üsullar çərçivəsində istifadə edilən skrininqində prostat spesifik
antigen ( PSA), rektal barmaq müayinə ( rektal toxunma) və rektal
ultrasəs (TRUS) xərçəngi aşkarlamada həssaslığı aşağıdır.

Qandan baxdığımız PSA testi

Gündəlik təcrübədə istifadə etdiyimiz və qandan baxdığımız PSA
testi normal həddə tapılsa belə prostat xərçəngini istisna edə
bilməz. Bu səbəbdən qan PSA dəyərləri normal olan xəstələrdə
xərçəng olma ehtimalı var. Rektal barmaq müayinəsi daha çox
irəliləmiş prostat xərçəngində əlamət verir. Transrektal ultrasəs
müayinəsi ilə prostatda xərçəng toxumasının yerini ayırd etmək
mümkün deyil. Bu səbəbdən ultrasəs cihazı ilə aparılan biopsiya
əməliyyatı zamanı xərçəngli bölgələri gözdən qaça bilər. Bu isə
prostatı daha ayrıntılı göstərən xüsusi MRT texnikasının inkişafına
səbəb olmuşdur. Günümüzdə prostat vəzi MRT texnikaları çox inkişaf
edərək xəstəliyin diaqnostikasını və müalicəsini növbəti səviyyəyə
çıxarmışdır.

Eldəniz həkim, prostat vəzinin MRT müayinəsi necə
aparılır?

– Qeyd edim ki, 1990-cı illərdə inkişaf etdirilməyə başlayan və
günümüzdə çox inkişaf etmiş texnoloji səviyyəyə çatan MRT
texnikasına multiparametrik prostat MRT( mp-MRT) deyilir. Damardan
verilən dərmanlar ( intravenoz kontrast maddə) vasitəsilə yaradılan
və bir çox kompleks görüntünün birləşməsindən yaranan MRT
müayinəsi, prostatın anatomik quruluşunu daha ətraflı göstərir.

Standart üsullarla müqayisədə MRT xərçəng toxumasının yerini və
xərçəng ehtimalını yüksək dəqiqliklə proqnozlaşdırmağa və müalicəni
istiqamətləndirməyə imkanı verir. 2014-cü ildə inkişaf etdirilən
Pİ-RADS v2 (Prostate Imaging-Reporting and Data System) təsnifat
sistemi ilə MRTgörüntüləri 1 ilə 5 arasında təsnif edilir.( 5 çox
yüksək xərçəng şübhəsi olan sahədir. ) Bu təsnifat sayəsində 3
Tesla MRT cihazlarıyla çox etibarlı nəticələr əldə edilir.

Multiparametrik MRT xərçəngli sahələri daha ətraflı araşdırma və
raporlama imkanı verən PI-RADS v2 təsnifatı xərçəngi 90%-dən çox
dəqiqliklə aşkar edir. PI-RADS v2 təsnifatı aşağıda
göstərilmişdir.

PI-RADS 1 – Çox aşağı risk
PI-RADS 2 – Aşağı risk
PI-RADS 3 – Orta risk ( xərçəng baxımından şübhəli)
PI-RADS 4 – Yüksək k risk
PI-RADS 5 – Çok yüksək risk

Prostat MRT prostat toxumasınındakı xərçəng hücüyrələrini
90%-dən çox dəqiqliklə göstərir. Bu görüntülərin digər bir mühüm
cəhəti prostat vəzidən toxuma nümunəsi götürən zaman,yəni biopsiya
zamanıda istifadə edilə bilməsidir. Bunlardan ən çox istifadə
edilən MR-TRUS füzyon biyopsiya teknikasıdır ki, xüsusi proqram
köməyilə əvvəlcədən əldə edilən və xərçəng ocaqlarının qeyd
olunduğu MRT görüntülərinin rektal ultrasəs görüntüləri ilə
üst-üstə gətirilərək ( füzyon edilərək) hədəflənən sahədən biopsiya
edilir. MRT və ultrasəs görüntülərinin birləşdirilərək 3-ölçülü
virtual prostat toxuması yaradılır və şübhəli sahədən biopsiya
götürülür.

Prostat xərçəngi xəstəliyi ilə bağlı maarifləndirici
tədbirlərin keçirilməsi bu xəstəliyin azalmasına təsir edə
bilər?

– Əlbəttə, maariifləndirmə işlərinin aparılması bu xəstəliklə
mübarizədə böyük əhəmiyyətə malikdir. Belə ki, bütün xəstəliklərdə
olduğu kimi, Prostat xərçəngi xəstəliyinin erkən aşkarlanması
vaxtında müalicəyə başlamağa və xəstəliyin qarşısının alınmasına
imkan yaradır. Xatırladım ki, 14 may 2022-ci il tarixində Dövlət
Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris
Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Azərbaycan Radioloqlar
Cəmiyyətinin birgə təşkilatçılığı, eləcə də “Bayer” şirkətinin
əməkdaşlığı ilə Azərbaycan Radioloqlarının II Elmi-Praktik
Konfransı həyata keçiriləcək. Mən də bi konfransa məruzəçi qismində
dəvət olunmuşam. Qeyd etmək istəyirəm ki, bu konfransda müxtəlif
xəstəliklərin diaqnostikasında radioloji üsulluların
əhəmiyyətindən, o cümlədən süd vəz xərçəngnn mərhələ təynndə MRT
müaynəsnn rolu, Fetal MRT-nn müasr statusu, Temporo-mandbulyar
oynağın anatomyası və ntraartkulyar dsfunksyanın MR
smptomatologyası kimi MRT müayinələri ilə bağlı təqdimatlarla
məruzələr ediləcək.

– Mən Radiologiya səhəsindı çalışan mütəxəssisləri Azərbaycan
Radioloqlarının II Elmi-Praktik Konfransında zoom üzərindən iştirak
etməyə dəvət edirəm. Həmçinin, konfrans tam olaraq Mərkəzi Gömrük
Hospitalının facebook səhifəsi üzərindən yayımlanacaq. Bu səbəbdən,
konfransı heç bir qeydiyyatdan keçmədən Mərkəzi Gömrük Hospitalının
facebook səhifəsində izləmək mümkündür. Bütün maarifləndirici
tədbirlər xəstəliklərin azalmasında, vaxtında aşkarlanmasında və
erkən müalicəsində böyük əhəmiyyət kəsb edir.

Eldəniz həkim, siz Azərbaycan Radioloqlarının II
Elmi-Praktik Konfransında hansı mövzuda çıxış
edəcəksiniz?

– Mənim mövzum ilə maraqlandığınız üçün təşəkkür edirəm. Mən
Azərbaycan Radioloqlarının II Elmi-Praktik Konfransının ikinci
panelində “Fetal MRT-nn müasr statusu” mövzusunda çıxış edəcəm.
Oxucularımızı zoom üzərindən konfransın işinə qoşulmağa dəvət
edirəm. Mərkəzi Gömrük Hospitalının rəsmi internet səhifəsində
konfransın proqramı ilə tanış olmaq və qeydiyyatdan keçmək üçün
linki Sizə təqdim edirəm.
https://customshospital.az/14-may-azerbaycan-radioloqlarnin-2-ci-beynlxalq-elmi-praktik-konfransi/?fbclid=IwAR0nU2jnthUeRWXMwiDoM5F3-xqGxjt0LTRaqg7SCilI8of-EEFUso-zbd4#gsc.tab=0

Maraqlı müsahibə üçün dərin təşəkkürümüzü
bildiririk!

Müsahibəni apardı
Mərkəzi Gömrük Hospitalının
PR mütəxəssisi Dilara Zamanova

Teqlər: