Proses gedir, Xerson qələbəsi sonuncu olmayacaq – Hesabat

Proses gedir, Xerson qələbəsi sonuncu olmayacaq – Hesabat

Cəbhədə təşəbbüs Ukrayna Silahlı Qüvvələrinin əlindədir.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibəni Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Xersonda böyük qələbəni təmin etmək prosesi gedir. Atəşkəs Kremlə Rusiya qüvvələrini bərpa etmək üçün çox ehtiyac duyduğu fasiləni verəcək. Amma Xersonda davam edən böyük Ukrayna qələbəsi sonuncu olmayacaq. Son 24 saat ərzində Ukrayna ordusu Xersonun şimal-qərbində, qərbində və şimal-şərqində uğur qazanıb, bəzi ərazilərdə 7 km-ə qədər irəliləyib. Rus qoşunlarının geri çəkilməsi yaxın günlərdə və ya həftələrdə Dnepr çayına qədər olan Xerson bölgəsini azad etməyə imkan verəcək. Rusiya qoşunlarının çıxarılması bir qədər vaxt aparacaq və döyüşlər bütün Xerson vilayətində davam edəcək. Çünki Ukrayna ordusu Xerson şəhəri ətrafında əvvəlcədən hazırlanmış Rusiya müdafiə xətti ilə üz-üzədir”, – məlumatda bildirilib.

Teqlər: