Tanınmış prokuror Tariyel Qurbanovu şantaj etməkdə təqsirləndirilən dəstə üzvlərindən biri Sahilə Məmmədova məhkəmə zalında həbs edilib.
AzerTimes-ın Report-a istinadən xəbərinə görə, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub.
Qərara əsasən, onun barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilib. S.Məmmədova Cinayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham edilir və onunla bağlı ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.
İttihama görə, Natiq Nuriyev, Ümman Əliyev, Pərvin Yusifov, Ələkbər Nuriyev, İlqar Əliyev, Elnur Eldarov və Sahilə Məmmədova cinayətkar dəstə yaradaraq prokuror Tariel Qurbanovu və Mirvasif Mahmudovu şantaj edib.
Qeyd edək ki, Tariyel Qurbanov uzun müddət Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini olub.
Bu ilin mart ayında vəzifəsindən azad olunan Tariyel Qurbanov sonradan Abşeron rayon prokurorunun böyük köməkçisi təyin olunub.