Xəbər - Samir Əli – Trend:
Bakıda binanın fasadından yeniyetmə oğlanın başına daş parçası düşməsi ilə bağlı araşdırmalar başlanıb.
Bu barədə AzerTimes-a Səbail rayon prokurorluğundan məlumat verilib. Məlumatda bildirilir ki, aprelin 30-da Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsindən 2006-cı il təvəllüdlü Şabanov Əli Mahir oğlunun üzərinə binanın fasadından daş parçasının düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla Əli Şabanovun Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsindəki 2 saylı beşmərtəbəli binanın yaxınlığından keçərkən başına binanın fasadından daş parçasının düşməsi, nəticədə “kəllə-beyin travması və baş-beyin silkələnməsi” diaqnozu ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Baş Tibb İdarəsinin reanimasiya şöbəsinə yerləşdirilməsi müəyyən edilib.
Hazırda fakt üzrə Səbail rayon prokurorluğunda araşdırma aparılır.