Prokurorluq Tərtərdə çobanın minaya düşməsi ilə bağlı araşdırmalara başladı

Prokurorluq Tərtər rayonu ərazisində Goranboy rayonu sakininin
minaya düşməsi ilə bağlı araşdırmalara başlayıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən AzerTimes-ın sorğusuna cavab
olaraq bildirilib ki, 1976-cı il təvəllüdlü Goranboy rayon Xoylu
kənd sakini, Həsənov Elnur Tofiq oğlunun Tərtər rayonunun Həsənqaya
kəndi ərazisində kənd təsərrüfatı ilə məşğul olan zaman piyada
əleyhinə minaya düşməsi nəticəsində ağır dərəcəli xəsarətlər alması
müəyyən edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma
aparılır.

Xatırladaq ki, Tərtər rayonu ərazsində qoyun otaran 1976-cı il
təvəllüdlü Həsənov Elnur Tofiq oğlu Həsənqaya kəndi ərazisində
minaya düşüb. O xəstəxanaya yerləşdirilib və hər iki ayağı
amputasiya olunub.

Teqlər: