Prokurorluq tərəfindən məhkəmə hökmlərindən ümumilikdə 1093 iş üzrə apellyasiya protesti verilib

Baş Prokurorluq tərəfindən məhkəmə hökmlərindən ümumilikdə 1093 iş üzrə apellyasiya protesti verilib.

AzerTimes-ın məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev prokurorluq orqanları tərəfindən 2021-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə dair yanvarın 24-də Baş Prokurorluqda keçirilmiş geniş kollegiya iclasında deyib.

Baş Prokuror qeyd edib ki, 2021-ci ildə Baş Prokurorluq tərəfindən məhkəmə hökmlərindən ümumilikdə 1093 iş üzrə apellyasiya protesti verilib. Onlardan 545-i (49,9%) təmin edilib, 548-i (50,1%) rədd edilmişdir. Həmçinin, 521 iş üzrə 605 şəxs barəsində kassasiya protestləri verilib.

Teqlər: