Prokurorluq Lənkəranda ağac kəsliməsilə bağlı məlumat yaydı

Lənkəran rayonu ərazisində ağacların kəsilməsi ilə bağlı sosial
şəbəkələrdə yayılmış məlumat üzrə Baş Prokurorluğun Cinayət
təqibindən kənar icraatlar idarəsində yoxlama aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AzerTimes-a verilən məlumata
görə, müəyyən edilib ki, Lənkəran rayonu, Bəliton kəndində yerləşən
8 saylı dolayda müxtəlif cinsli 1 ağacın kökünün kəsilməsi və 3
ağacın kökünün kəmərlənərək zədələnməsi nəticəsində 260 manat ziyan
dəyməsi faktı ilə bağlı Lənkəran şəhər polis şöbəsində İnzibati
Xətalar Məcəlləsinin 253-cü (meşə sahələrində və meşə fonduna daxil
olmayan sahələrdə ağacların, kolların və digər yaşıllıqların
qanunsuz kəsilməsi (götürülməsi), zədələnməsi və ya məhv edilməsi)
maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılıb.

Eyni zamanda, Baş Prokurorluq tərəfindən aparılmış yoxlama
nəticəsində vəzifəli şəxslərinin fəaliyyətində qanun pozuntularını
doğuran səbəb və şərait aşkar olunduğundan onların aradan
qaldırılması məqsədilə müvafiq tədbirlərin görülməsi üçün Ekologiya
və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə
təqdimat göndərilib.

Teqlər: