Prokurorluq işçilərinin 95 faizi ikinci, 61 faizi buster doza ilə vaksin olunub

Prokurorluq işçilərinin 95 faizi ikinci, 61 faizi “buster” doza
ilə vaksin olunub.

Baş Prokurorluğun Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, ölkəmizdə
həyata keçirilən vaksinasiya strategiyası çərçivəsində prokurorluq
orqanlarının xüsusi rütbəli, dövlət qulluqçusu olan və dövlət
qulluqçusu olmayan əməkdaşları (əks-göstəriciləri olan şəxslər
istisna olmaqla) könüllü şəkildə peyvənd vurdurmaqla bu günədək I
doza üzrə 97%, II doza üzrə 95% və “buster” doza ilə 61% əməkdaş
vaksin olunub.

Prokurorluq işçilərinin peyvənd olunması diqqət mərkəzində
saxlanılmaqla, koronavirus xəstəliyi keçirmələri ilə əlaqədar
peyvənd olunmayan işçilərin I və II doza, həmçinin hər iki dozanı
qəbul etmiş əməkdaşların “buster” doza ilə peyvəndlənmələri davam
etdirilir.

Teqlər: