Prokurorluq əməkdaşları uşaq evlərini ziyarət etdi

Prokurorluq əməkdaşları uşaq evlərini ziyarət etdi

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar həyata keçirilən kompleks tədbirlərin davamı olaraq, mayın 2-də prokurorluq əməkdaşları paytaxtda yerləşən uşaq və körpələr evlərini ziyarət edib.

AzerTimes xəbər verir ki, görüşdə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin hər zaman uşaqlara böyük qayğı ilə yanaşması barədə uşaqlara danışılıb.

Ziyarət çərçivəsində, prokurorluq əməkdaşları xüsusi qayğıya ehtiyacı olan, eləcə də valideyn himayəsindən məhrum olan uşaqların problemləri, onların təlim-tədris proqramı ilə maraqlanıb, uşaqlara hədiyyə və dərs ləvazimatları təqdim edib.

Aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Teqlər: