Xəbər - Samir Əli – Trend:
Bakıda baş verən intihar hadisəsilə bağlı araşdırmalara başlanıb.
Baş Prokurorluqdan AzerTimes-ın sorğusuna cavab olaraq bildirilib ki, iyunun 22-də 1999-cu il təvəllüdlü Elvin Məmmədov işlədiyi “Azure” biznes mərkəzinin 15-ci mərtəbəsində yerləşən “Polyagro” ofisinin pəncərəsindən özünü ataraq intihar edi.
Faktla bağlı hazırda Xətai rayon prokurorluğunda araşdırma aparılır. Araşdırmanın gedişatı və nəticəsinə uyğun olaraq qanuni qərarın qəbul edilməsi, bu barədə ictimaiyyətə məlumatın verilməsi təmin ediləcəkdir.