Mayın 12-si saat 16 radələrində Ağdam rayonu ərazisində 1982-ci
il təvəllüdlü Rəşad Bəxtiyarovun çoxsaylı qəlpə yarası alması
nəticəsində ölməsi barədə məlumat daxil olub.
Ağdam prokurorluğundan AzerTimes-a verilən məlumata görə, aparılmış
araşdırmalarla kənd-təsərrüfatı fəaliyyəti ilə məşğul olan Rəşad
Bəxtiyarovun rayonun Çəmənli kəndi ərazisində silah-sursatın
partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi müəyyən
edilib.
Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma
aparılır.