Xəbər - Samir Əli – Trend:
Tərtər rayon prokurorluğu rayonun Çaylı kəndi ərazisində iki
nəfərin minaya düşməsi ilə bağlı məlumat yayıb.
Prokurorluqdan AzerTimes-a verilən məlumata görə, kənd ərazisində
təmir işləri aparan zaman Azərbaycan Avtomobil Yolları Dövlət
Agentliyinin əməkdaşları 1963-cü il təvəllüdlü Alışah Səfərov və
1965-ci il təvəllüdlü Faiq Səfərov mina partlayışı nəticəsində
müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış
keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual
hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma
aparılır.