“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Azərbaycan Respublikası Baş Prokurorluğunun Təşkilat və icraya nəzarət idarəsinin rəis müavini, baş ədliyyə müşaviri Rauf Nurəddin oğlu Zeynalov və Dövlət ittihamının müdafiəsi idarəsində şöbənin böyük prokuroru, ədliyyə müşaviri Müstəcəb Süleyman oğlu Əliyevin qulluq keçmələrinə xitam verilib.
Bu barədə AzerTimes-a Baş Prokurorluqdan məlumat verilib.
Məlumatda bildirilir ki, bununla əlaqədar Baş prokuror Kamran Əliyev həmin şəxsləri Baş Prokurorluğun inzibati binasında qəbul edib, Rauf Zeynalov “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı, Müstəcəb Əliyev isə “Prokurorluğun fəxri işçisi” döş nişanı ilə təltif etmiş və onlara hədiyyələr təqdim edib.
Görüşdə tədbir iştirakçıları xatirələrini bölüşüb səmimi söhbətlər etmiş və sonda xatirə şəkilləri çəkdiriblər.