Xəbər - Samir Əli – Trend:
Baş Prokurorluğun Mətbuat xidməti daha bir hüquqi video-izah hazırlayıb.
Qurumdan AzerTimes-a verilən məlumatda bildirilir ki, vətəndaş məmnunluğu və aşkarlığın təmin olunması məqsədilə prokurorluğun fəaliyyət sferaları ilə bağlı vətəndaşları maraqlandıran məsələlərin prokurorluq əməkdaşları tərəfindən videoçarxlar vasitəsilə #prokurorluqdanizah həştəqi altında cavablandırılması həyata keçirilir.
Təqdim olunan video-izah vasitəsilə Baş Prokurorluğun Mətbuat xidmətinin prokuroru Mələk Əliyeva “Prokurorluğa ilk dəfə işə qəbul hansı formada olur?”, “Hansı şəxslər barəsində stajorluq və sınaq müddətləri müəyyən edilmir?”, “Stajorluq və sınaq müddətləri prokurorluqda iş stajına hesablanırmı?” suallarını cavablandırıb.
Video-izahı izləməklə həmin sualların cavablarını öyrənə bilərsiniz.