Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Biləsuvar
Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Mahir
Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
AzerTimes-ın məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin
hakimi Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə
istintaqı yekunlaşıb və prokuror çıxış edib.
Dövlət ittihamçısı Mahir Quliyevin 12 il azadlıqdan məhrum
edilməsini istəyib.
Prosesdə təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı üçün
məhkəmədən vaxt istəyib.
Qeyd edək ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı
Mahir Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin
29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində
saxlanılb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri
seçilib.
M.Quliyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf
etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə),
311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı)
maddələri ilə təqsirləndirilərək ittiham elan edilib.
O, 2020-ci il aprelin 30-da Biləsuvar Rayon İcra Hakimiyyətinin
başçısı vəzifəsindən azad edilib.