Prokuror “Lotu Quli”nin adı ilə qohumunun 12 milyonluq əmlakını ələ keçirən şəxsə 16 il cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə
təqsirləndirilən Vüsal Axundovun cinayət işi üzrə məhkəmə prosesi
davam etdirilib.

Trend,-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə
keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb.

Prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror Vüsal Axundovun
16 il azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, Vüsal Axundov əmisi oğlu Emin Axundovun əmlakını
ələ keçirib.

Belə ki, V. Axundov sahibkar əmisi oğluna kriminal avtoritet “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun adından istifadə
edərək hədə-qorxu gələrək onun 12 milyon manatlıq pul və əmlakını
ələ keçirməkdə ittiham olunur.

Teqlər: