Xəbər - Samir Əli – Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda rüşvət almaqda
təqsirləndirilən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
rüşvət almaqda təqsirləndirilən sabiq aparat rəhbəri Əjdər
Cəbiyevin (Əjdər Ol) cinayət işi üzrə məhkəmə prosesi davam
etdirilib.
AzerTimes-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə
keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və prokuror çıxış
edib.
Dövlət ittihamçısı Əjdər Cəbiyevin 11 il azadlıqdan məhrum
edilməsini istəyib.
Qeyd edək ki, Əjdər Cəbiyev Dövlət Təhlükəsizliyi Xidmətinin
əməkdaşları tərəfindən saxlanılıb. O, külli miqdarda rüşvət almaqda
ittiham olunur. Onun barəsində istintaq orqanının təqdimatı
əsasında Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri
seçilib.
Ə. Cəbiyev Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əjdər Ol
təxəllüsü ilə tanınan şair-publisistdir.
Əjdər Ol Səlim Müslümovun nazir olduğu dövrdə nazirliyin aparat
rəhbəri işləyib.