Prokuror Baş Gömrük İdarəsinin həbsdə olan əməkdaşlarına cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Baş Gömrük İdarəsində
keçirilən əməliyyat nəticəsində həbs edilən şəxslərin cinayət işi
üzrə məhkəmə istintaqı başa çatıb.

AzerTimes-ın məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə
keçirilən prosesdə ilk olaraq ötən prosesdə prokurorun istintaqın
yenilənməsi ilə bağlı vəsatətə baxılıb. Məhkəmə bildirib ki, Dövlət
Gömrük Komitəsindən göndərilən məktubda bildirilib ki, dövlət
ittihamçısının təqdim etdiyi əsasnamə əsassızdır. Həmçinin qurum
tərəfindən prokurorluğa hər hansı məktub göndərilməyib. Məhkəmə
vəsatəti rədd edərək, fərqli əsasnamələrlə bağlı xüsusi qərar
çıxarılacağı elan edib.
Daha sonra prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında təqsirləndirilir şəxslərin verilmiş ittihamla
təqsirli bilinmələrini -Elmar Mirzəyevin 8 il 6 ay, Sadiq
İsgəndərovun 8 il 2 ay, Rafael Əzizovun 8 il 1 ay, Orxan Zöhrabovun
8 il 3 ay, Emin Xəlilovun 8 il 2 ay, Azər Baxşyevin 8 il 2 ay,
Mirağa Ağayevin 8 il 3 ay, Ceyhun Şabanovun isə 8 il müddətinə
azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd olunub ki, təqsirləndirilən şəxslər cəzalarını ümumi rejimli
cəzaçəkmə müəssisəsində çəkməlidirlər.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Baş Prokurorluq yanında
Korrupsiyaya qarşı Mübarizə İdarəsi əməkdaşları keçirilən
əməliyyatla saxlanılıblar.
Saxlanılan şəxslər hər biri rüşvət almaqda təqsirli bilinərək
barələrində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma)
maddəsi ilə cinayət işi başlanılıb.


Teqlər: