Xəbər - Samir Əli – Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində Novxanı-Sumqayıt yolunda
avtomobillə qəza törədək dörd nəfərin ölümünə səbəb olan iş adamı,
“Əlincə” futbol klubunun prezidenti Elşad Kəlbəliyevin cinayət işi
üzrə məhkəmə prosesi davam etdirilib.
AzerTimes-ın məlumatına görə, hakim İlham Mahmudovun sədrliyi ilə
keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb və dövlət
ittihamçısı çıxış edib.
Prokuror çıxışında E.Kəlbəliyevin 9 il müddətinə azadlıqdan
məhrum edilməsini istəyib.
Təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı üçün vaxt
istəyib.
Növbəti proses martın 15-nə təyin olunub.
eyd edək ki, bu il iyunun 14-də gecə saat 1 radələrində Binəqədi
rayonunun Novxanı bağlar sahəsində Abşeron rayon sakini
E.Kəlbəliyevin idarə etdiyi “Range Rover” və Bakı şəhər sakini
Murad Ziyadovun idarə etdiyi “Daewoo Damas” markalı avtomobillər
toqquşub. Nəticədə M.Ziyadov və sərnişinləri – paytaxt sakinləri
Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis
Mürsəlov hadisə yerində ölüb, E.Kəlbəliyevə və sərnişini Ə.Əliyevə
xəstəxanada tibbi yardım göstərilib.
Daha sonra E.Kəlbəliyev hadisə ilə bağlı istintaqa cəlb edilərək
həbs olunub.
Xatırladaq ki, E.Kəlbəliyev “Qurtuluş 93” yaşayış kompleksinin
sahibi Məhərrəm Novruzovun kürəkənidir. O, “Qurtuluş 93”də satış
müdiri vəzifəsində çalışıb və “Əlincə” futbol klubunun prezidenti
olub.