Prokuror 2 milyon dələduzluqda təqsirləndirilən şəxsə cəza istədi

Xəbər - Samir Əli – Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Milli Elmlər
Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktor
müavini, professor Soltan Əliyevə qarşı dələduzluqda ittiham olunan
Səadət Xəlilovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

AzerTimes-ın
məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən
prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror təqsirləndirilən şəxsin 9 il 6 ay azadlıqdan məhrum
edilməsini istəyib.

Qeyd edək ki, itihama əsasən, Səadət Xəlilov, Qulu Muxtarov və
Sahil Abuşov onun 2 milyon manatını ələ keçirib. Səadət Xəlilov
həbsdə olsa da, digər iki təqsirləndirilən məhkəmə dövründə
azadlıqda olublar. Ötən ilin dekabr ayında keçirilən məhkəmə
iclaslarına gəlmədiklərinə görə onlar haqqında axtarış elan
edilərək hər ikisi həbs edilib. Bundan sonra Qulu Muxtarov və Sahil
Abuşovun işi Səadət Xəlilovun işindən ayrılıb. Səadət Xəlilov
hazırda tək mühakimə olunur.

S.Xəlilov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan
vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunur.

Teqlər: