Prokororluq Qəbələdəki dəhşətli qətlin təfərrüatlarını açıqlayıb

5 mart 2022-ci il tarixdə Aytac Əliyevanın meyitinin Qəbələ
rayonu ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna
məlumat daxil olmuşdur.

Qəbələ Rayon Prokurorluğundan AzerTimes-a verilən məlumata görə,
aparılmış ilkin araşdırmalarla Qəbələ rayonu ərazisində Kemale
Maksumbekovanın 2008-ci il təvəllüdlü azyaşlı oğlu ilə birlikdə
şəxsi münasibətlər zəminində 1999-cu il təvəllüdlü Aytac Əliyevanın
baş nahiyyəsinə daşla xəsarət yetirdikdən sonra yapışqanla baş və
boyun nahiyyəsini bağlaması nəticəsində sonuncunun boğularaq
ölməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Qəbələ rayon prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi
başlanmışdır.

Kəmalə Maksumbekova şübhəli şəxs qismində tutularaq istintaqa
cəlb edilmişdir.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam
etdirilir.

Teqlər: