Professor üçün 40 min pul yığıldı

Professor üçün 40 min pul yığıldı

Fazil Qaraoğlu üçün bu vaxta qədər 37 962 manat vəsait yığılıb. İanələr davam edir.

AzerTimes xəbər verir ki, bu sözləri “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu qeyd edib.

“Fazil bəy Yeni Yasamalda sosial binalarda (MİDA) 3 otaqlı mənzilə yerləşdirilib. Yardım etmək istəyənlər hələ çoxdur”, – Xuduoğlu bildirib.

Qeyd edək ki, professor Fazil Qaraoğlu yaşadığı mənzilin kirayə haqqını ödəyə bilmədiyindən ev sahibi tərəfindən mənzildən çıxarılıb. O, beş gün küçədə gecələyib.

Xatırladaq ki, Heydər Əliyev Fondu alimin bir illik kirayə haqqını öz üzərinə götürüb.

Teqlər: